Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici jurnalistlər Füzuliyə və Merdinli kənd məscidinə baş çəkib - Fotolar 

Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısını işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Füzuli rayonuna səfər çərçivəsində Merdinli kəndində yerləşən məsciddə olub.

“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov Ermənistanın işğalı nəticəsində Qarabağda mövcud olan onlarla məsciddən yalnız bir neçəsinin salamat qaldığını xarici KİV nümayəndələrinin diqqətinə çatdırıb.

O həmçinin məscidlərin təhqir edildiyini, burada mal-qara və donuz saxlanıldığını bildirib: "Biz bu məscidi bərpa etmirik, çünki istəyirik ki, qonaqlar ermənilərin oranı hansı vəziyyətə saldıqlarını öz gözləri ilə görsünlər. Gördüyünüz kimi, burada əkinçilik və heyvandarlıq üçün geniş torpaq sahələri var, lakin ermənilər bu məqsədlə məhz məscidlərdən istifadə ediblər".

Daha sonra jurnalistlər Köndələnçay üzərində yerləşən su anbarına baş çəkiblər.

A.İmanov deyib ki, Qarabağdakı su anbarlarından faydalı məqsədlər - əkinçilik, suvarma və s. üçün istifadə etmək mümkün olduğu halda, ermənilər Azərbaycan ərazilərini işğal altında saxladıqları 30 il ərzində onların dağıdılması ilə məşğul olublar.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq bu rayonun əsas problemlərindən biri də çayların istiqamətinin dəyişdirilməsi olub: "Bu rayonun quraq olmasının səbəbi də məhz bununla bağlıdır. Ərazidə mövcud olan yaşıllıqlar və ağaclar tamamilə məhv edilib".

Xarici KİV nümayəndələri həmçinin Füzuli şəhərinin mərkəzində olub, onlara şəhərin işğaldan əvvəlki vəziyyəti haqqında məlumat verib, bunu əks etdirən fotoşəkillər təqdim olunub.

Xatırladaq ki, ötən gün jurnalistlər Ağdam rayonunda olublar.

Fotolar

Poliqon.info 


Etiket: Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar